Ofisiant işləyib, disk satan Fərdanın

Tanınmış yumor ustası, aktyor Fərda Xudaverdiyev həyatı haqda “Atv Maqazin Onlarla”ya danışıb.

Metbuat.az xəbər verir ki, bu gün bir çoxlarının tanıdığı Fərda əslində heç də asanlıqla məşhur olmayıb. İllərlə ailəsi ilə birlikdə çətinliklərə sinə gərən,

Fərda zaman-zaman müxtəlif işlərdə çalışıb. O ticarət mərkəzlərində, disk satılan mağazalarda və restoranda ofisiant kimi də çalışıb. Xudaverdiyev açıqlamalarında keçmişindən heç vaxt çəkinmədiyini və halal pul qazandığı üçün bunla fəxr etdiyini dilə gətirib.

Aktyor ofisiantlıq etdiyi zamanlarda həm də dövlət kanalında çalışırmış . Buna görə də bəzən restoranlarda insanlar onu tanısa da, o Fərda olmadığını deyirmiş. Ailəsi ilə bir otaqlı bir evdə digər bir ailə ilə yaşayan yumor ustası illər sora məktəb yataqxanasında qalıb.

Rəvan Nasiroğlu




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR