Putin-Ərdoğan görüşü öncəsi Ankaradan BÖYÜK JEST

Putin-Ərdoğan görüşü öncəsi Ankaradan BÖYÜK JEST
11:33 24 Aprel 2017
170 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.

Bu, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncəsi Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər. Dövlət başçıları mayın 3-də Soçidə görüşəcəklər.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196222.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR