Qədir Qızılsəs: "2 bacım, 2 qardaşım dünyasını dəyişdi"

Qədir Qızılsəs: "2 bacım, 2 qardaşım dünyasını dəyişdi"
11:34 24 Aprel 2017
356 Digər
Ölkə mətbuatı
A- A+

“Lider TV”-nin “Dostlar, bizi unutmayın” verilişinin növbəti buraxılışı yayımlanıb. Lent.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Qədir Qızılsəs olub. İfaçı verilişdə bir çox məqamlara toxunub. O, qardaşının faciəvi ölümündən söz açıb: “Həyatda itkilərim çox olub. İki cavan qardaşım dünyasını dəyişib. Biri faciəvi şəkildə öldü. 33 yaşı var idi. Elə bacım da cavan yaşında rəhmətə getdi. Bir sözlə, 2 bacı, 2 qardaş itirmişəm. Elə atamın özü də cavan yaşında dünyasını dəyişdi. Bu, həyatdır, allahın yazısıdır”.

Verilişin tam hissəsinə aşağıdakı video-linkdə baxa bilərsiniz.

 

Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 21:00-da “Lider TV”-də yayımlanır. Verilişin informasiya dəstəyi Lent.az-dır. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272918

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR