Tovuzda qətlə yetirilən filial müdirinin oğlu və müavini danışdı

Tovuzda qətlə yetirilən filial müdirinin oğlu və müavini danışdı
11:42 24 Aprel 2017
194 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda qətlə yetirilən filial müdirinin oğlu və müavini dindirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, aprelin 22-də qətlə yetirilən "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkətinin Tovuz rayon filialının müdiri Raya Nurəddin qızı Bayramovanın oğlu və müavini istintaqa ifadə verib. 

Məlumata görə, R.Bayramovanın oğlu ifadəsində bildirib ki, anası iki gün idi evə gəlmirdi.
Onun müavini Vidadi Bəhman oğlu Vəliyev isə ifadəsində bildirib ki, o, şirkətə daxil olmaq istəyib, lakin qapı bağlı olduğu üçün binanın damına çıxıb, nəticədə damdan yıxılaraq xəsarət alıb.
Qeyd edək ki, R.Bayramovanın meyiti ailəsinə təhvil verilib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538128.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR