Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyətlər verilir

Qafqaz Müsəlmanları İdarəsinə yeni səlahiyyətlər verilir
11:47 24 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna əlavələr təklif edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
 
Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 
 
Dəyişikliyə uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538135.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR