27 yaşlı oğlan nişanlısına görə özünü güllələdi - FOTO

27 yaşlı oğlan nişanlısına görə özünü güllələdi - FOTO
11:47 24 Aprel 2017
135 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə intihar hadisəsi qeydə alınıb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, hadisə Adana şəhərinin Seyhan mahalında baş verib.

27 yaşlı M.K adlı şəxs özünü tüfənglə başından vuraraq öldürüb. Buna əsas səbəb isə onun nişanlısı olub. 

Belə ki, o, bir müddət əvvəl gənc qızla nişanlanıb. Nişandan təxminən bir neçə həftə həmin qız polisə gedərək oğlandan şikayət edib. Qız iddia edib ki, M.K onu zorlayıb.

M.K polis bölməsinə çağırılıb. O, qızın ona böhtan atdığını söyləyib. İfadəsi alınan M.K sərbəst buraxılıb.

Bu hadisədən sonra M.K depressiyaya düşüb. O, çarəni intihar etməkdə görüb. M.K tüfənglə özünü öldürüb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538088.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR