Şagirdləri daşıyan mokroavtobus qəzaya uğradı: yaralılar var - 14 yaşlı Ömərin vəziyyəti ağırdır

Şagirdləri daşıyan mokroavtobus qəzaya uğradı: yaralılar var - 14 yaşlı Ömərin vəziyyəti ağırdır
12:05 24 Aprel 2017
109 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Adana şəhərində, lisey şagirdlərini daşıyan mokroavtobusunun avtomobillə toqquşması nəticəsində biri ağır olmaqla 18 şagird yaralanıb.

Milli.Az gazetevatan-a istinadən xəbər verir ki, qəzada yaralanan 18 şagird təcili yardımlarla şəhərdəki xəstəxanalara çatdırılıblar.
 
Yaralılardan Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilən 14 yaşlı Ömər Faruk Tatarın vəziyyətinin ağır olduğu deyilir.
  
Qəza törədən hər iki sürücü ifadələri alınmaq üçün polis bölməsinə aparılıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR