Sabiq nazir komik oldu - FOTO

Sabiq nazir komik oldu - FOTO
12:05 24 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniyanın sabiq maliyyə naziri və 2013-cü ildə federal kansler seçkilərində Angela Merkelin rəqibi olmuş Peer Ştaynbryuk stənd-ap komediyanın artisti karyerasını seçib.

Milli.Az Express-ə istinadən bildirir ki, bu ilin iyul ayında 70 yaşlı siyasətçi 37 yaşlı yumorist Florian Şröderlər birlikdə "Satire-Show Spezial - Florian Schroeder wählt... Peer Steinbrück" ("Xüsusi satira şousu: Florian Şröder Peer Ştaynbryuku seçir") şousunda ölkə boyunca qastrol səfərinə yollanacaq.

Duetin Berlin, Köln və Hamburq şəhərlərindəki şoularına artıq bilet satışları başlanıb.

F.Şröder Almaniyada kansler Angela Merkelin ən yaxşı parodiyaçılarından biri sayılır.

70 yaşlı sosial-demokrat Ştaynbryük qalmaqallı açıqlamaları və davranışı ilə seçilir.

Məsələn, 2012-ci ildə İtaliyada seçkiləri şərh edəndə o, "iki təlxək qalib gəldi" demişdi. O, peşəkar komik Beppe Qrillonu və sabiq baş nazir Silvio Berluskonini nəzərdə tuturdu.

Peer Ştaynbryük Şimali Reyn-Vestfaliya federal əyalətinin sabiq baş naziri, 2005-2009-cu illərdə Almaniyanın maliyyə naziri olub. 2016-cı ildə bundestaqı tərk etmiş siasətçi ING-DiBa bankının direktorlar şurasının üzvü idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR