Kəmaləddin Heydərov Qobustanda qəbul keçirəcək

Kəmaləddin Heydərov Qobustanda qəbul keçirəcək
12:14 24 Aprel 2017
103 Digər
Ölkə mətbuatı
A- A+

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  aprelin 28-də Qobustan şəhərində, Qobustan İdman Kompleksinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az-ın FHN-nın saytına istinadən məlumatına görə, qəbulda yalnız Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Qobustan İdman Kompleksinin binasında 27 aprel 2017-ci il tarixində saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272928

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR