Super Liqada növbəti mövsümün başlama vaxtı açıqlandı

Super Liqada növbəti mövsümün başlama vaxtı açıqlandı
12:27 24 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Türkiyə Super Liqasında 2017-2018 mövsümünün başlanma vaxtı açıqlanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin qərarına əsasən, yüksək liqaya avqustun 11-də start veriləcək. Cari mövsümün çempionu və ölkə kubokunun qalibi arasında Türkiyə Super Kuboku uğrunda matç isə avqustun 6-da olacaq. Superkubok oyununun yeri və növbəti mövsümlə bağlı bütün planlaşdırmalar növbəti həftələrdə açıqlanacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR