"Dini təbliğat zərərli, kriminal iş deyil" - Deputat

"Dini təbliğat zərərli, kriminal iş deyil" - Deputat
12:27 24 Aprel 2017
67 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş deyil.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, başqa ölkələrdə yüksək səviyyəli universitetlərin, təhsil müəssisələrinin olması Azərbaycanın da bu potensialdan itifadə etməsinə imkan verir:

"Bu iş təbiii ki, müvafiq icra orqanının razılığı ilə olmalıdır. Müsbət haldır ki, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının dini ayinlər icra etməsi ilə bağlı olan bəzi qadağaların elə də böyük məna daşımadığı ortaya çıxdı və bu məhdudlaşma müəyyən qədər ortadan qaldırılır. "Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan dəyişikliyə - əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qadağan edilməsi məsələsinə, yəqin ki, gələcəkdə yenidən qayıdacağıq. Dini təbliğat zərərli, kriminal iş deyil. İstənilən şəxs "Quran"a, "İncil"ə və digər dini kitaba istinad edərək dini təbliğat apara bilər".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Aşura günündə insanlar məscidlərə gələrək öz bildikləri formada dini ayinləri icra edirdilər:

"Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər ərzində apardığı tədbirlər sayəsində bu halların böyük əksəriyyətinin qarşısı alınıb. Bununla yanaşı, dini atributların istənilən yerdən asılmasına qadağan qoyulmasının nəticəsi olaraq, bu məsələnin böyük hissəsi həll edilir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538162.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR