Məşhur milyarder aktrisaya vurulub - FOTO

Məşhur milyarder aktrisaya vurulub - FOTO
12:32 24 Aprel 2017
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyanın ən populyar aktyorlarından biri, Hollivud ulduzu Conni Deppin sabiq xanımı, tanınmış aktrisa Ember Lora Hörd ən məşhur milyarderlərdən biri İlon Maskla birlikdədir.

Milli.Az TMZ-yə istinadən bildirir ki, 45 yaşlı milyarder və 31 yaşlı modelin sevgilərini İnstagram profillərində paylaşdıqları ortaq fotolarla bəyan ediblər.

İlk fotoda onlar restoranda oturublar. İlon maskın yanağında aktrisanın pomadalı dodaqlarının izi var.

Bir saat sonra E.Hörd həmin fotonu profilində paylaşıb.

Emberin atası Devid ötən ay demişdi ki, qızı Maskla ailə qurmaq niyyətindədir.

Maskla Hörd ötən ilin yayında ilk dəfə birlikdə görünüblər.

İ.Mask "SpaceX" və " Tesla Motors" şirkətlərinin sahibidir. Onun 10,6 milyard dollarlıq varidatı var. Əslən Kanadadan olan amerikalı milyarder 2000-ci ildə Castin Maskala evlənib, 2008-ci ildə boşanıblar. Elə həmin il Mask britaniyalı aktrisa Talula Rayli ilə ailə qurub. Onlar 2012-ci ildə boşanıblar, bir il sonra yenidən evləniblər, 2016-cı ilin oktyabrında isə boşanıblar.

Ember Hördlə 53 yaşlı Conni Depp 2015-ci ilin fevralında ailə qurmuşduloar. Ötən ilin mayında isə Hörd ərini miəşət zorakılığında, onu döyməkəd suçlayaraq boşanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR