Trampdan ermənilərə TARİXİ ZƏRBƏ: dəfn edilən arzular

Trampdan ermənilərə TARİXİ ZƏRBƏ: dəfn edilən arzular
12:33 24 Aprel 2017
177 Dünya
Ölkə mətbuatı
A- A+

“Tramp soyqırımı sözünü işlədəcəkmi?”. Bu gün qondarma “erməni soyqırımı”nın ildönümünü qeyd edən Ermənistanı bu sual düşündürür.

Publika.az
xəbər verir ki, ermənilər ABŞ prezidenti Donald Trampın qondarma “erməni soyqırımı” haqda danışacağına və “soyqırımı” ifadəsini işlədəcəyinə ümid edirlər.

İndiyə qədər bir çox ABŞ prezidenti seçki kampaniyası dövründə Amerikadakı ermənilərin səsini qazanmaq üçün qondarma “soyqırımı” vədlərini versə də, sonradan bu haqda danışmayıblar. Trampdan öncə Obama da eyni vədləri vermişdi, lakin o, 1915-ci ildə baş verən hadisələri faciə adlandırdı. Donald Tramp isə seçki kampaniyasında ümumiyyətlə bu haqda nə danışıb, nə də vəd verib.

Erməni ekspert Aram Amatuni yazır ki, hər il 24 apreldə onlara söz verilir, lakin 25 apreldə məyus olurlar.

“Buna qədər ABŞ-da seçkiqabağı kampaniyalarda bununla bağlı hansısa vədlər verilirdi, lakin Tramp ümumiyyətlə bu mövzuya toxunmadı. Görünür, bu məsələ Tramp üçün əhəmiyyətsizdir. Buna görə də onun ümumiyyətlə bu haqda danışmayacağı gözləniləndir. Lakin diaspor bu məsələnin üzərində getməlidir”, - deyə o bildirib.

Qeyd edək ki, Donald Tramp prezident seçiləndən sonra ABŞ-dakı erməni lobbisini qəbul etmir.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR