Ruhi: "Etdikləriniz məni qətiyyən narahat etmir" - FOTO

Ruhi: "Etdikləriniz məni qətiyyən narahat etmir" - FOTO
12:37 24 Aprel 2017
125 Şou
Ölkə mətbuatı
A- A+

Biznes-ledi Ruhi Əliyeva özü və ailəsi, həmçinin həyat yoldaşı ilə barışması ilə bağlı mediada yer alan xəbərlərə reaksiya verib.
 
Milli.Az azxeber.com-a istinadla bildirir ki, Ruhi məşhur milyonçu İlham Rəhimovla münasibətləri haqda yayımlanan xəbərdən danışıb.
 
O, bəzi jurnalistləri qeyri-peşəkarlıqda ittiham edib:
 
"Xoş əhvalımdan sizə də pay vermək istəyirəm. Amma həm də bəzi fikirlərimi bölüşmək keçdi ürəyimdən. Birinci növbədə, insan olmaq, sonra peşəyə bölünmək lazımdır. Mənim çox güclü, mərd, peşəkar jurnalist dostlarım var. Hansına ki, insan baxdıqca fəxr edir. Amma əfsus, bu sahədə şantajla çalışan, qərəzli, məqsədini özü belə anlamayan qeyri-peşəkar çoxdu. Sözüm də məhz onlaradır. Azərbaycan mətbuatı sizin qələminizdən çox yüksəkdə dayanıb. Lütfən, ona toz qondurmayın.
 
Ruhi, həmçinin media əhlinə məsləhət görüb ki, insanlara hörmətli davransınlar: "Əqidənizi, dürüstlüyünüzü heç nəyə dəyişməyin. İnsanlara hörmət edin ki, hörmətli olasınız. Sonucda siz (bəziləri) mənim, mən isə öz həyatımla məşğulam. Siz də bir az öz həyatınıza nəzər yetirin ki, düşdüyünüz çuxurlar günü-gündən dərinləşməsin... Məni elədikləriniz qətiyyən narahat etmir, amma görürəm siz əməlli-başlı "əziyyət çəkirsiniz" mənə görə. Barı "əziyyəti" jurnalistə yaraşan savadlı tərzdə edin".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR