"Fransanın yeni prezidenti siyasətini Azərbaycana uyğun qurmalıdır"

"Fransanın yeni prezidenti siyasətini Azərbaycana uyğun qurmalıdır"
12:37 24 Aprel 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransada prezident seçkilərinin nəticələrinə görə Emmanuel Makron və Mari Le Pen irəlidədirlər. Seçki öncəsi namizədlər erməni kartından geniş istifadə edirdilər. Mayın 23-də növbəti prezidentin adı məlum olacaq. Ancaq onun kim olmasından asılı olmayaraq, o, Azərbaycan faktorunu nəzərə almağa, ölkəmizlə yaxşı münasibətlər qurmağa məcbur olacaq.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin komitəs sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Millət vəkilinin fikrincə, fransiz liderlər, ilk növbədə, Azərbaycanın regionda lider dövlət olduğunu nəzərə almalıdırlar: "Məhz Azərbaycan bu gün regionun lider dövlətidir, məhz onun mövqeyindən regionun strateji inkişaf xətti asılıdır. Azərbaycanla dostluq etmək Şərqlə dostluq etmək deməkdir. Bunu fransız namizədlər indidən bilməli və siyasətlərini buna uyğun qurmalıdırlar".

Pünhan Mirzə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR