Mədəniyyət kanalına oğurluq ittihamı

Mədəniyyət kanalına oğurluq ittihamı
12:47 24 Aprel 2017
104 Şou
Ölkə mətbuatı
A- A+

İTV-də "Bir mahnının tarixçəsi" verilişinin müəllifi və aparıcısı olan Könül Arifqızı "Mədəniyyət Televiziyası"nı oğurluqda ittiham edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı bu barədə sosial şəbəkədə yazıb:

"Mədəniyyət kanalında konsert gedir. Hər mahnıdan öncə qısa tarixçələr təqdim olunur. Aparıcıların təqdim etdiyi bu tarixçələri "Bir mahnının tarixçəsi"ndən götürən, hətta cümlə və sitatları olduğu kimi təkrarlayan Mədəniyyət kanalına təşəkkür edirəm. Çox gülməli vəziyyətdir".

O, belə hallarla mübarizənin mümkünsüzlüyünü bildirib:

"Bizdə hələ ki cəzalandırmaq məsələsində mexanizm işləmir. Hər şey çox ibtidai və effektsiz şəkildədir. Cəzalandırılmaq qorxusu olmadığı üçün buna davam edirlər. Bu, ilk dəfə deyil. Hətta Naxçıvan televiziyasında eyniadlı veriliş açıblar. Adı da oğurlayıblar. Ayıbdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR