“Azərenerji” xüsusi iş rejiminə keçib

“Azərenerji” xüsusi iş rejiminə keçib
13:09 24 Aprel 2017
44 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar “Azərenerji” ASC tərəfindən müvafiq işlər gerçəkləşdirilib. ASC-nin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, bir neçə müddətdir ki, bununla bağlı lazımi təşkilati və texniki tədbirlər görülməyə başlanılıb. IV İslam Həmrəyliyi Oyunları ilə bağlı xüsusi iş rejiminə keçirilib və iş qrafiki vaxta görə uyğunlaşdırılıb. Cavabdeh şəxslər bu xüsusda təlimatlandırılıb və onlardan ibarət yeni növbətçilik cədvəli tərtib edilib. Sistem əhəmiyyətli elektrik verilişi xətləri üzrə təftiş intensivləşdirilib və bu istiqamətdə mövcud olan nəzarət gücləndirilib.

 

 “Azərenerji” ASC-nin rəhbərliyi tərəfindən bu gün qarşıdan gələn İslam Həmrəyliyi Oyunları ilə bağlı öz öhdəsinə düşən bütün vəzifələr bir daha nəzərdən keçirilib. Təchizatçıların fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi təminatı ilə bağlı məsələlərə bir daha diqqət yetirilib. Bununla əlaqədar qarşıya qoyulan tapşırıqlara daha məsuliyyətlə yanaşılaraq, baş verə biləcək hər hansısa bir hadisəyə hazırlıqlı olmağın vacibliyi ön plana çəkilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272937

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR