Yığmamız İsrailə qalib gəldi

Yığmamız İsrailə qalib gəldi
13:17 24 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

İsraildə təlim-məşq toplanışında olan kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fərid Cəlalovun yetirmələri 3-cü yoxlama matçında ev sahiblərin U-23 yığması ilə qarşılaşıblar.

İslamiadaya hazırlaşan voleybolçularımız əvvəlki görüşdə olduğu kimi, bu dəfə də qələbə qazanıblar. Onlar rəqiblərini 3:1 (25:18, 25:12, 23:25, 25:17) hesabı ilə məğlub ediblər.
 
Qeyd edək ki, millimiz daha öncə "Yehuda"ya 4:1, "İlabur"a 4:0 hesabı ilə qalib gəlib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538171.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR