Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ

Hamını yoldan çıxaran, anası lüt gəzən, atası bəlli olmayan, NİFRƏT EDİLƏN DAHİ
13:23 24 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Əgər depressiyada deyilsinizsə, psixi problemləriniz yoxdursa, onda belə vəziyyətdə olan insanları anlamaqda çətinlik çəkəcəksiniz. Olsa-olsa bu cür insanların halına acıyarsınız. Amma elə qrup insanlar da var ki, depressiv şəxslərin əziyyətindən bəhrələnir. Psixiloq, əczaçı, xəbis dost, hətta rejissor olaraq!

Eynən Lars fon Trier kimi. Bu rejissorun indiyədək çəkdiyi filmlər nəinki psixoloji problemləri olan, hətta sağlam insanları belə yolundan edir. Onun çəkdiyi filmləri izlədikdən sonra insanlar bir müddət özlərinə gələ bilmirlər.

Publika.az bildirir ki, məhz bu səbəbə görə, mütəxəssislər, Trier filmlərini insanlar, xüsusən də gənc nəsil üçün təhlükəli hesab edir.

Çoxları Trierin özünü də ruhi xəstə sayır. Onun “Antixrist”, “Nimfoman qadın”, “Melonxoliya” və digər filmlərinin süjeti müxtəlif olsa da, mövzu üçündə də eynidir. Ruhi xəstə olan qadınların özünə və ətrafına dəhşətli təsiri!

Bəs Lars fon Trier kimdir – qadın düşməni, psix, ya təxribatçı? Maraqlıdır ki, hər üçünü bu insana aid edirlər. Sadəcə bir şey bəllidir ki, bu rejissorun kamerasından çıxan filmlər onu izləyənlərə pis təsir edir, amma hamı da baxmaq istəyir. Onu nəinki sadə, normal səhhətli insanlar, film işində çalışan, reytinqə işləyən rejissorlar da anlamaq istəmirlər. Lakin hər nə olursa-olsun Trier bu gün dünyanın ən yaxşı rejissorlarının ön cərgəsindədir.

Hələ məktəbdə oxuyarkən bu danimarkalı oğlanı “başdanxarab” hesab edirdilər. Sinif yoldaşları ondan uzaq gəzirdilər, çoxlarına valideyni Larsla dostluq etməməsini qətiyyətlə tapşırmışdı. Bütün psixi problemli insanlar kimi Larsın da uşaqlığı həsəd aparılan olmayıb. Onun valideynləri nudist olublar (tamamilə çılpaq gəzməyə üstünlük verənlər). Larsın tək-tük dostları da buna görə oğlana lağ edirmiş, çılpaq anasının fotolarını çəkib məktəbdə göstərirmişlər. Lars buna görə anasına nifrət edirdi. Anası öldüyü gün oğluna onu da demişdi ki, illər boyu ata hesab elədiyin kişi atan deyil. Larsın əsl atası isə alman nasisti olub, adamın övladı olduğundan heç xəbəri də olmayıb. Onsuz da anasına nifrət edən Lars bunun acığını çıxaraq filmlərdə qadınları psixi çatışmazlıqlarla təhqir edir. Filmlərində kişilərdən, sadəcə “fon aksessuarı” kimi istifadə edir.

Lars hazırda Danimarkada keçmiş hərbi kazarmanın önündə yaşayır. Filmlərini isə bu kazarmada montaj edir. Özünün dediyinə görə, divarlarında hələ də hərbi sərtliyi və işgəncələri saxlayan bu kazarma ona ilham verir.

Trierin biznes ortağı Piter Yensen deyir ki, ona nəinki sıravi danimarkalı, hətta Danimarka krallığının yüksək rütbəli şəxsləri də nifrət edir. Çünki o, həddən artıq özünəvurğundur. Ətrafındakı insanları təhqir edir. Küçəyə gəzintiyə çıxsa belə, insanlar ondan yan gəzirlər. Amma axşam məmnuniyyətlə onun filmini izləyirlər.

Nasist atasının gen yaddaşı oğluna keçib. Trier dəfələrlə Hitlerə simpatiya bəslədiyini, yəhudilərə nifrət etdiyini deyib. Onun bu fikri isə artıq dillər əzbərinə çevrilib: “İsrail hələ çox baş ağrıdacaq”.

Qəribədir ki, başqalarının qorxunc hesab etdiyi bu rejissorun özünün də fobiyaları var, həm də başqalarına çox adi gələn şeylər bu adamı qorxudur. Məsələn, müasir nəqliyyat vasitələri – sürət qatarı, son model avtomobillər. Bundan başqa, kütlə arasında qalmaqdan, dəniz ilbizlərindən, xəstəxanadan, yanğından qorxur. Bir sözlə, özü demiş kinodan başqa hər şeydən qorxur.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/196247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR