""Real" "Barselona" deyil ki..."

""Real" "Barselona" deyil ki..."
13:32 24 Aprel 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

"Real" İspaniya La Liqasının 33-cü turunda "Barselona"ya 2:3 hesabıyla uduzub. "Santiago Bernabeu"da keçirilən matçın 77-ci dəqiqəsində meydan sahiblərinin kapitanı Serxio Ramos birbaşa qırmızı vərəqə ilə vaxtından əvvəl paltardəyişmə otağına yollanmalı olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, oyundan sonra təcrübəli müdafiəçi bunları deyib:

"Üzücü nəticədir. "Real" hesabın fərqli olması üçün əlindən gələni etdi. Məğlubiyyət ağrı gətirir. Qalib gəlsəydik, düzgün istiqamətdə böyük addım atardıq. Bizi dəstəkləyən azarkeşləri sevindirmək istəyirdik. Çempionluq taleyi öz əlmizdədir. Hər hansı yenilgiyə görə dərd çəkməyə vaxtımız yoxdur. Oynamaq və növbəti oyunlara köklənmək lazımdır.

Mənə göstərilən qırmızı vərəqə matçın dönüş anı idi. Buna görə rəqib son dəqiqələrdə qol vurdu. Hər insanın şəxsi fikri var. Mənə görə, çox sərt qərar oldu. Topa çatmasam da, rəqibə zədə endirmək niyyətim yox idi. Amma hakimin işini müzakirə etmək istəmirəm. İstənilən adam səhv edə bilər. "Real" "Barcelona" deyil ki, hər addımda hakim səhvlərindən danışsın. Mənə göstərilən qırmızı vərəqə düzgün deyildi, lakin hakimin qərarına hörmətlə yanaşıram".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/538177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR