Səfir xanımı Əmirlikdə mükafat aldı

Səfir xanımı Əmirlikdə mükafat aldı
14:04 24 Aprel 2017
62 Digər
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Şeyx Zayed bin Sultan Əl Nəhyanın həyat yoldaşı, Şeyxə Fatimə bint Mübarəkin təşəbbüsü ilə “Xeyirxah Ananın Xeyrxahlığı” festivalı keçirilib.

Lent.az-ın məlumatına görə, festival çərçivəsində təşkil edilmiş mədəniyyət gecəsində Azərbaycan səfirliyi və üzvləri də fəal iştirak ediblər. Gecədə ölkəmizin milli rəqsləri, o cümlədən “Yallı”, “Sarı Gəlin”, “Ay Qaşı Gözü Qara Qız” kimi milli mədəni və musiqi xəzinəmizin nümunələri tamaşaçıların zövqünə oxşayıb.

Festivalın ardınca səfir Daşqın Şikarovun həyat yoldaşı Ülviyyə Şikarova və digər ölkələrin səfir xanımları  Şeyxə Fatimə bint Mübarək tərəfindən qəbul ediliblər. Görüşdə Şeyxə Fatimə bu cür festivalda Azərbaycanın ilk dəfə olaraq təmsil olunduğunu yüksək qiymətləndirərək, belə fəallığın ardının kəsilməyəcəyinə ümidvar olduğunu Ü.Şikarovanın nəzərinə çatdırıb.

O, eyni zamanda Azərbaycan mədəniyyətinin və musiqisinin zənginliyinə bələd olduğunu qeyd edərək, mədəniyyət gecəsində təqdim edilmiş milli rəqslərimizin həm onu, həm də bütün auditoriyanı heyran etdiyini etiraf edib, Azərbaycanın uğurlarının davamlı olmasını arzu edib.

Öz növbəsində, Ü.Şikarova məhz geniş yerli auditoriyanı zəngin Azərbaycan mədəniyyəti və musiqisi ilə tanış etmək şansı yaratdığı üçün şəxsən Əla Həzrət Şeyxə Fatiməyə Səfirliyin kollektivi və Azərbaycan icmasının üzvləri adından dərin təşəkkürünü ifadə edib və bu cür mənalı tədbirlərdə Azərbaycanın bundan sonra da fəal iştirak edəcəyini vurğulayıb. Şeyx Fatimənin ölkəsi və ərəb-İslam dünyası üçün gördüyü mühüm işlərə toxunub.

Sonra səfir xanımı, ələlxüsus da müstəqillik illərində dünyanı valeh edən Azərbaycan mədəniyyəti və musiqisi barəsində ətraflı bəhs edərkən xalqımızın bu iki zəngin irsinin təbliğ edilməsi işində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəyərli fəaliyyətinə müfəssəl nəzər salıb. Həmçinin bildirib ki, Fondun xətti ilə dünyanın aparıcı paytaxtlarında Azərbaycan mədəniyyəti gecələri keçirilir. Xaricdə keçirilən mötəbər beynəlxalq tədbirlərdə qurulan Azərbaycan pavilyonlarında milli musiqi və rəqslərimiz canlı ifa olunur.

Azərbaycan səfirliyi xüsusi fərqləndiyi üçün Şeyxə Fatimə bint Mübarək tərəfindən fəxri diplom və mükafat ilə təltif olunub.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272942

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR