İƏT-in Baş katibi: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır"

İƏT-in Baş katibi: "Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır"
16:05 24 Aprel 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

"Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması vacib addımdır və qadınların imkanlarının artırılması sahəsində rəmzi xarakter daşıyır".

Milli.Az xəbər verir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.

Onun sözlərinə görə, qadınların imkanlarının artırılması İƏT-in əsas hədəflərindəndir və bu, təşkilatın onillik fəaliyyət proqramında öz əksini tapıb.

Baş katib qeyd edib ki, İƏT-in onillik fəaliyyət proqramı təşkilatın üzv dövlətlərində qadınların qərar qəbul etmə prosesinə cəlb edilməsinin modelidir.

Yusif bin Əhməd əl-Usaymin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasından sonra ona təbrik məktubu ünvanladığını bildirib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR