Türk kinosunun əfsanəsi ilə bağlı çox üzücü xəbər

Türk kinosu tarixinin əfsanəvi siması və Azərbaycanda da sevilən aktrisa Türkan Şorayın səhhətində problem yaranıb.

Metbuat.az xəbər verir ki, aktrisanın böyrəyində Kuşinq sindromu meydana gəlib. 2015-ci ildə elə bu xəstəlikdən əziyyət çəkən Türkan Şoray əməliyyat olunmuşdu. Lakin görünür illər sonra aktrisa yenidən eyni xəstəliklə üzləşib.

Bu problemin aradan qaldırılması üçün Türkan Şoray müalicə almağa başlayıb.

Rəvan Nasiroğlu



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR