Dubayda nağıl təki villalar tikilib - VİDEO - FOTO

Dubayda nağıl təki villalar tikilib - VİDEO - FOTO
16:37 24 Aprel 2017
160 Maraqlı
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində dünyanın ən bahalı, ən lüks villalar kompleksinin inşası başa çatmaqdadır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "XXII Carat" kompleksi hər biri 7 yataq otaqlı, landşaft bağlı, 24 saatlıq konyerj xidmətli 22 villadan ibarətdir.

Dubayın Palm-Cumeyra səmtində, süni adalar massivindəki villaların satış qiymətləri 11-24 milyon dollar arasındadır və onların 30 faizi artıq satılıb.

Villaların hamısında Braziliyadakı Amazon cəngəlliklərindən çıxarılmış daşlardan ovulan və qiyməti 1 milyon dollar olan vannalar var.

Aksessuarlar İtaliyanın Florensiya şəhərindəki "Baldi Home Jewels" firmasında hazırlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/538072.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR