"Bu adı yadda saxlayın" - Messi - FOTO

"Bu adı yadda saxlayın" - Messi - FOTO
16:57 24 Aprel 2017
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ötən gecə dünyanın gözü Madriddə El-Klassiko-da oldu.

Milli.Az xəbər verir ki, "Real Madrid"in qonağı olan "Barselona" İspaniya La-liqasında mövsümün ikinci El-Klassiko-sunda Messinin dublu sayəsində meydandan 2:3-lük qalibiyyətlə ayrılıb.

Uzatma dəqiqələrinə komandalar 2:2-lik hesabla daxil olsalar da, Messinin əlavə vaxtda vurduğu qol "Santyaqo Bernabeo"nu sükuta qərq edib. Messi qol sevincini künc zərbəsinin yetirildiyi nöqtəyə qaçaraq formasını çıxarıb azarkeşlərə etdiyi "təqdimat"la qeyd edib. Futbolçunun "Real" azarkeşlərinə "Bu adı yadda saxlayın" mesajını dünya mediası El-Klassiko-dan sonra müxtəlif başlıqlarla təqdim edib.

Məşhur idman dərgilərinin derbi sonrası manşetləri bəzəyən sözügedən başlıqlarını təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR