Fahişəlik və qumara görə CƏRİMƏLƏR SƏRTLƏŞDİ

Fahişəlik və qumara görə CƏRİMƏLƏR SƏRTLƏŞDİ
17:05 24 Aprel 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda fahişəliyə və qumar oyunlarına görə inzibati cəza ilə yanaşı, cərimələr də tətbiq edilir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) və 244-1-ci (Qumarxana təşkil etmə və ya saxlama) maddələrinə təklif edilən dəyişiklikdə əksini tapıb.
 
Maddə 244-ün 1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsızlıq yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) bəndində "400 saatdan" sözlərindən əvvəl "2500 manatdan 3500 manata qədər" cərimə sözləri əlavə edilir.
 
Maddə 244-1-in 1-ci (Qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama) bəndində isə "2 ilədək" sözlərindən əvvəl "10 000 manatdan 15 000 manata qədər" cərimə sözləri əlavə olunur.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə edilib, aprelin 25-də müzakirəyə çıxarılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR