Dünyanın ən məşhur ateist alimləri

Allahın mövcudluğunu inkar edən dünyagörüşü olan ateizm yunancadan “allahsız” mənasını verir. Ateizm anlayışının tarixi e.ə. V əsrə gedib çıxır. Hazırda dünyada təqribən 1 milyarda yaxın insan ateistdir.

Metbuat.az dünyaca məşhur ateist alimlərin siyahısını təqdim edir.

Filosoflardan Protaqor, Epikur, D. Didro, P.H. Holbax, D. Yum, L. Foyerbax, M. A. Bakunin, K. Marks, A. Şopenhauer, F. Nitsşe, M. Haydeger, B. Rassel, K-R. Popper, J.-P. Sartr, A. Kamyu, A. Ayer, R. Rorti, C. Lokk, İ. Kant, F. Hegel ateist olub.

Ç. Darvin, M. Tven, Z. Froyd, B. Şou, M. Prust, Ç. Çaplin, B. Qeyts, A. Azimov, E. A. Po, K. Saqan da ateist olub. Qərbdə ilk dəfə özünə ateist deyən fransız maarifçi filosofu baron Holbax (XVIII əsr) olub.

Ateizmin pionerlərindən sayılan Darvinə görə kainat sonsuz hesab edilirdi və kainatı kim yaradıb sualı verilmirdi.

Darvinin 1876-cı il tarixli məktublarından birində, “Mən “Allahsız” adlandırılmağa layiqəm. Bu nəticə xatırladığım qədərilə, “Növlərin Mənşəyi”ni yazdığım vaxt beynimdə özünə güclü şəkildə yer tapmağa başladı” deyə fikirlərini görmək mümkündür.

Marks, Engels, Nitsşe, Freyd kimi darvinistlər XX əsr ateizminə təkan vermiş adlar arasındadır.

Dinin bəşəriyyətə aşıladığı “şərəfli insan” həqiqətindən uzaqlaşıb insanı öz istəklərini təmin etmək üçün mübarizə aparan eqoist heyvan növünə çevirən bu ideologiyaya təslim olmuş cəmiyyətlər bu günə qədər onun əziyyətini çəkməkdədir.

Elm uğrunda tonqalda yandırılmış alim Qalileo Qaliley isə “Təbiət Allahın göndərdiyi ikinci kitabdır, Allahın yaratdığı təbiətlə müqəddəs kitablar arasında ziddiyət ola bilməz” demişdir.

Dövrümüzün dahilərindən sayılan Albert Eynşteyn:

“Mən ürəyində inamı olmayan alimi təsəvvür eləyə bilmirəm. Allahsız elm axsaqdır. Elm insanı dinə gətirir”.

İngilis fiziki, riyaziyyatçısı, astronomu, kimyaçı alim İsaak Nyuton (1643-1727) dərin inamı olan xristian idi. Onun üçün elm ilahiyyatdan ayrılmaz idi:

“İlahi yaranış yeganə elmi izahdır. Onsuz mən heç nə başa düşmürəm. Onsuz hər şey qaranlıqdır. Mən ateizmi maniya kimi hesab edirəm. Bu, əsrin xəstəliyidir. Sən məndən dərimi daha asanlıqla çıxararsan, nəinki Allaha olan imanımı”.

İrlandiyalı fizik Lord Kelvin (1824-1907) sadiq məsihçi idi. O. dövrünün ən ruhani adamlarından sayılırdı.

Hesablamanı, Nyutonun 3 dəyişmə qanununu, beynəlxalq cazibə qüvvəsinin qanunlarını kəşf edən ingilis alimi Frensis Bekon (1561-1626) deyib:

“Bizim günaha düşməyimizdən qorunmaq üçün qarşımıza oxumağa iki kitab qoyulub. Birincisi Allahın iradəsini bildirən Müqəddəs Kitabdır. Sonra onun qüdrətini ifadə edən məxluqların kitabıdır”.

İngilis riyaziyyatçısı, fiziki Lui Paster (1822-1896), "Təbiəti nə qədər çox öyrənirəmsə, yaradanın işlərinə bir o qədər çox heyran oluram. Elm insanları Allaha yaxınlaşdırır” deyə tanrıya inamını bildirib.

Dövrünün ən güclü mikroskopunu yaradan amerikalı alim Corc Vaşinqton Karser (19-cu əsr) tez-tez Allahın məxluqları kiçik və böyük yaratmaq planının möcüzələrini ehtiramla xatırlayırdı.

Müasir kimyanın banisi adlandırılan irlandiyalı alim Robert Boyl:

“Aydındır ki, təbii qanunlarla tanışlıq Allahın ağlı ilə burada ifadə olunan tanışlıqdan heç də az məna vermir. Növbə kainatda açıq-aşkarlıqla Allahın suveren iradəsi ilə qorunub saxlanılır”.

NASA-nın direktoru, kosmik araşdırmanı ilk kəşf edən ingilis alimi Cozef Lister, "Elmi anlayış yalnız insanların ağlında mövcuddur. Bu anlayışın arxasında bizə açılan həqiqətlər var, amma yalnız Allahın lütfi ilə” demişdir.

Fransız riyaziyyatçısı, filosofu Blez Paskal:

“Öz zavallılığımızı bilmədən Allahı tanımaq qürura səbəb olur, Allahı tanımadan öz zavallığımızı bilmək ümidsizliyə səbəb olur”.

Morze əlifbasının yaradıcısı Samuel Morze də Allahın Kainatı hansısa məqsədə görə yaratdığına inanırdı. O, "biliklərim artdıqca, Allahın böyüklüyünü daha aydın duymağa başlayıram" deyə qeyd edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR