“Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır”

Lənkəranda yerləşən “Maarifpərvərlik” Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası (MAGİYA) ictimai birliyi tərəfindən cənub bölgəsində “Erkən nikahın iştirakçıları potensial insan alveri qurbanlarıdır” adlı zonal bir layihənin həyata keçirilməsinə başlanılıb.

Metbuat.az bildirir ki, layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin 4 min 661 manatlıq maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi yerlərdəki Gənclər və İdman İdarələri ilə sıx əməkdaşlıq çərçivəsində gənclər, xüsusilə də, gənc qızlar arasında erkən nikahlar və insan alveri kontekstində gənclərin öz hüquqları barədə məlumatlılığını artırmaq və gənclərin ictimai-siyasi fəaliyyətdə iştirakçılığını yüksəltməkdən ibarətdir.

Layihənin müddəti 2 ay olmaqla, 01 aprel –01 iyun 2017-ci il tarixlərini əhatə edəcək. Layihə çərçivəsində cənub bölgəsinin 3 rayonunda 16-29 yaş arası 25 nəfər gənc üçün erkən nikahlar və insan alveri mövzusunda Astarada 13-14 may, Masallıda 20-21 may və Lənkəranda 27-28 may tarixlərində 2 günlük təlim kursları keçiriləcəkdir. Təlimdə iştirak edən bütün gənclərə aidiyyəti bukletlər və sertifikatlar veriləcək.

Hər 3 rayon üzrə (Astara, Masallı və Lənkəran) qeydiyyatda olan və təlim kurslarında iştirak etmək istəyən gənclər “adını, soyadını, yaşını, rayonun adını və əlaqə vasitələrini – mobil telefon və E-mailini” qeyd etməklə, 10 may 2017-ci il tarixinədək ictimai birliyin magiyango@gmail.com adlı elektron ünvana və ya yerlərdəki Gənclər və İdman İdarələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2 günlük təlim kurslarında iştirak edən gənclərin gün ərzində yemək və çay-kofe məsrəfləri təşkilatçılar tərəfindən qarşılanacaqdır. Təlim kurslarında oteldə gecələmək və yol pulunun ödənilməsi nəzərdə tutulmamışdır!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR