Bu əmələ görə cərimə artırılır

Bu əmələ görə cərimə artırılır
17:57 24 Aprel 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda qulluq mövqeyindən istifadə edərək mənimsəmə və israf etməyə görə cərimə artırılır. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 179-cü maddəsinə təklif edilən dəyişiklikdə əksinə tapıb. Layihəyə görə, maddənin 2-ci hissəsində şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsinə görə sanksiyada "2000 manatdan 3000 manata qədər" cərimə "4000 manatdan 7000 manata" qədər cərimə ilə əvəzlənir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və aprelin 25-də müzakirəyə çıxarılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR