Merkurinin ölçüləri kiçilib - FOTOLAR

Merkurinin ölçüləri kiçilib - FOTOLAR
18:08 24 Aprel 2017
86 Digər
Ölkə mətbuatı
A- A+

Günəş sisteminə ən yaxın planetin yeni ölçüləri qeydə alınıb.

ABŞ-ın Corciya Universitetindən olan iki geoloq - Kelsi Kreyn və Krisçen Klimkzak Günəş sisteminin ən kiçik planeti olan Merkurinin soyunmasını və müasir ölçülərini qeydə alıblar. Tədqiqatın nəticələri "Geophysical Research Letters" jurnalında dərc edilib.

Publika.az xəbər verir ki, Yer kürəsindən təxminən 20 dəfə kiçik olan Merkuridə 1 il 88 günə bərabərdir.

Merkurini Günəş sisteminin başqa planetlərindən fərqləndirən əsas səbəb böyük metal nüvəsidir. Bu göy cisminin radiusunun 85% təşkil edir. Müqayisəli götürsək, bu yer nüvəsinin radiusunun yarısına bərabərdir. Venera və Marsdan fərqli olaraq, Merkuri də Yer kürəsi kimi maqnitosferaya malikdir.

"MESSENGER" (MErcury Surface, Space ENvironment, GEochemistry) kosmik stansiyası, Merkurinin səthində çoxsaylı qırışlar, əyriliklər və sınmalar aşkar edib. Bütün bunlar planetin tektonik fəallığı haqqında birmənalı nəticə çıxarmağa imkan verir. Alimlərin keçmiş araşdırmalarına əsasən, planetin xarici qabığının quruluşunda olan dəyişikliklərin maqnit sahəsinin generasiyası ilə əlaqəli olduğu ehtimal olunur.

Merkurinin ölçülərinin dəyişməsi haqqında ilk məlumat Mariner 10 kosmik stansiyası tərəfindən aşkarlanıb. Planetin səthində yüksək və geniş uçurumlar aşkar edilmişdi. Alimlər ölçülərin kiçilməsini Merkurinin soyuması ilə əlaqələndirirlər. Planetin üz qabığında gedən dəyişikliklər daha əvvəl məlum olsa da, geoloqlar hadisənin nə zaman və hansı sürətlə gerçəkləşdiyini yenicə dəqiqləşdiriblər.

"MESSENGER" stansiyası tərəfindən planetin səthində qeydə alınan kraterlər geoloqların araşdırmalarına yardım edib. Geoloqlar güman edirlər ki, planetin qlobal sıxılması 3,85 milyard il əvvəl başlanıb. O vaxtdan Merkurinin səthi il ərzində 0,1-0,4 millimetr sürətlə mərkəzə doğru yaxınlaşıb.

Planetin sıxılması tədricən yavaşıyır və indi praktik olaraq müşahidə edilmir. Merkurinin radiusu 5 kilometrdən çox azalıb.

Alimlər planetin səthində baş verən dəyişiklikləri 3,8 milyard il əvvəl başlamış və 400 milyon il davam etmiş meteorit bombalaması ilə əlaqələndirib.Tədqiqatçıların fikrincə, Merkuri, Venera, Yer kürəsi, Ay və Marsda bu vaxt ərzində zərbələr nəticəsində bir çox çxurlar yaranıb. Kataklizmin səbəbləri isə anlaşılmaz olaraq qalır. Ehtimal olunur ki, Günəş sisteminin kənarlarında hansısa qaz nəhəngləri və qravitasiya hiddəti orbitin dəyişikliyinə səbəb olaraq mərkəzə doğru bir neçə asteroid yönəldib. Məhz onların zərbələri Merkurini qızdırırdı.

Merkuridə kraterlərin yaşı Ayda aparılan geoloji müşahidələrin metodu ilə müəyyən edilir. Müəyyən edilib ki, krater nə qədər tozla örtülmüş və daha tünddürsə bir o qədər daha köhnə hesab olunur. Bu vizual metod özünü Apollo proqramı çərçivəsində Ayda kraterlərin yaşının müəyyən edilməsi zamanı təsdiqlədi.

Mütəxəssislər tərəfindən verilən məlumata görə, Merkurinin səthində yerləşən kraterlərin diametri 20 kilometrdən çoxdur. Artıq geoloji tədqiqatların Merkurinin kiçilməsinə təsir edə biləcək 6 mindən çox xüsusiyyətini araşdırmağa başlayıblar. Daha əvvəl bunlara önəm verilməmişdi.

Köhnə kraterlərdə, bir qayda olaraq, sınmalar qeydə alınır ki, bu da kraterlərin hələ planetin sıxılmasına qədər yaranmış olduqları deməkdir. Daha gənc, yeni kraterlərdə isə əksər hallarda sınmalara rast gəlinmir.

Alimlər hələ də, Merkurinin planetlərin təkamül prosesinin izlənilməsi üçün əlverişli meydan olduğunu düşünür. Göy cismində əvvəlki tektonik aktivliklər qeydə alınmasa da, hələ dəyişikliklər davam edir. Güclü maqnit sahəsi yavaş-yavaş zəifləyir. Venerada tektonik aktivlik hələ başlamayıb, amma Marsda bu aktivlik demək olar ki, bitdi.

Göy cisminin səthində baş verən dəyişiklikləri təfərrüatı ilə yalnız iki stansiya - Mariner 10 və MESSENGER tədqiq edib. 2018-ci ildə Yaponiya və Avropa Birliyi Merkuriyə üçüncü missiyanı - BepiColombo göndərməyi planlaşdırır. Birinci, MPO (Mercury Planet Orbiter) missiyada göy cisiminin səthinin xəritəsi müəyyən ediləcək. İkinci isə MMO (Mercury Magnetospheric Orbiter) maqnitosferanın tədqiqatıyla məşğul olacaq. Missiyanın birinci nəticələrini gözləmək üçün uzun müddət lazımdır. Hətta 2018-ci ildə start veriləcək missiyanın ilkin nəticələrini əldə etmək üçün 2025-ci ilə qədər gözləmək lazım gələcək.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/196279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR