Ticarət festivalında neçə milyonluq alış-veriş edildi? - RƏSMİ RƏQƏM

Ticarət festivalında neçə milyonluq alış-veriş edildi? - RƏSMİ RƏQƏM
18:09 24 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

 

Aprelin 10-dan 23-dək Bakı Ticarət Festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib.

 

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

 

Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 mln. 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nağd qaydada qaytarılıb.

 

Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, "Tax free" sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 mln. 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272963

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR