Türkiyənin qalmaqallı verilişi “İşte benim stilim” də azərbaycanlı izləyiciləri özündən çıxaracaq hadisə baş verib.
Metbuat.az xəbər verir ki, verilişdə model Simay Tokatlı podiuma erməni mahnısı sədaları altında çıxıb. Səhnənin ortasına qədər erməni mahnısı sədaları altında gələn Simaya digər iştirakçılar da qoşularaq rəqs etməyə başlayıb.
Onlarla yanaşı tez-tez Azərbaycana gələn İvana Sert də rəqs edib. İzləyiciləri qıcıqlandıran əsas məsələ isə azərbaycanlı model Denizin də digər qızlarla birlikdə mahnıya rəqs etməsi olub.
Rəvan Nasiroğlu