Ticarət festivalında alınan mallara görə ƏDV qaytarılması ilə bağlı RƏSMİ MƏLUMAT

Ticarət festivalında alınan mallara görə ƏDV qaytarılması ilə bağlı RƏSMİ MƏLUMAT
18:12 24 Aprel 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Vergilər Nazirliyi Ticarət festivalı çərçivəsində alınmış mallara görə əlavə dəyər vergisinin (ƏDV) qaytarılması barədə rəsmi məlumat yayıb.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Milli.Az-a verilən məlumata görə, ticarət festivalının başlanmasından ötən iki həftə ərzində, yəni 2017-ci il aprel ayının 10-23 tarixlərində ticarət festivalı çərçivəsində alınmış mallara görə 172 obyektdə 8358 elektron vergi hesab fakturası tərtib edilib, onlardan da 7902-si Vergilər Nazirliyinin ƏDV köşklərində təsdiqlənib. Təsdiqlənmiş hesab fakturaların 7397-si Azərbaycan vətəndaşları, 505-i isə əcnəbilər tərəfindən təqdim olunub.

Həmin hesab-fakturalar üzrə ümumi dövriyyə məbləği (alınmış malların ümumi məbləği) 6 milyon 313,2 min manat, alıcılara qaytarılmalı məbləğ isə 612,97 min manat təşkil edib. Bu məbləğin 595 min manatı malın alındığı gün alıcıya nəğd qaydada qaytarılıb.

Sözügedən dövr ərzində mal alarkən ticarət festivalını deyil, "Tax free" sistemini seçmiş əcnəbilərə ümumi məbləği 829,97 min manat olan 449 elektron vergi hesab fakturası təqdim olunub, başqa sözlə, həmin dövr ərzində əcnəbilərə ƏDV-nin qaytarılması məqsədilə ümumi məbləği 1 milyon 211,1 manat olan 954 elektron vergi hesab fakturası verilib.

Pünhan Mirzə

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR