Kamran Şahsuvarlı: "İslamiadada boks üzrə əsas rəqiblərimiz qazax və özbəklər olacaq" - FOTO

Kamran Şahsuvarlı: "İslamiadada boks üzrə əsas rəqiblərimiz qazax və özbəklər olacaq" - FOTO
18:12 24 Aprel 2017
142 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında komandamızın əsas qəribləri Qazaxıstan və Özbəkistan yöğmaları olacaq".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan boksçusu, "Böyük İpək Yolu" beynəlxalq turnirində bürünc medalçısı Kamran Şahsuvarlı deyib.

Boksçumuz bu yarışlarda maksimum nəticə göstərmək niyyətindədir: "Mənim də çəkimdə cavanlar var. Rəqabət var, amma çalışacam ki, əvvəla yığma komandanın heyətinə düşüm, İslam Oyunlarında özüm vuruşum, sonra isə Oyunların qızıl medalını qazanım".

Onun sözlərinə görə, ümumən komandamızın hazırlığı yaxşı səviyyədədir: "Cəmi 3-4 gündür Qəbələdən gəlmişik. Orda təxminən 1 ay təlim-məşq toplanışı keçdik. Aprelin 25-də isə əsas təlim-məşq toplanışı başlayacaq. İnanıram ki, komandamız İslam Həmrəyliyi Oyunlarında yaxşı nəticələr göstərəcək. Məqsədimiz odur ki, bacardıqca çox qızıl medal qazanaq. Ən azı 5-6 medal qazanmalıyıq".

Bizim əsas, ən güclü rəqiblərimiz burada məncə qazaxlar və özbəklər olacaq.

Qeyd edək ki, boks üzrə yarışlar mayın 12-dən 18-dək "Bakı Kristal Zal-2"də keçiriləcək.

Xatırladaq ki, IV İslam Həmrəyliyi Oyunları Bakıda 12-22 may tarixlərində keçiriləcək. Dünyanın 57 ölkəsini təmsil edən 3 mindən çox idmançı 20 müxtəlif idman növü üzrə 23 kateqoriyada (Atletika və Para Atletika, Su idmanı növləri - Suya tullanma, Su idmanı növləri- Üzgüçülük, Su idmanı növləri - Voterpol, 3x3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü tennis, Həndbol, Cüdo və görmə qabiliyyəti olmayanlar üçün Cüdo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) mübarizə aparacaqlar.

İlkin

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538288.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR