Ərdoğan düşmənlərimizə SƏSLƏNDİ: “Çox dəyərli erməni...”

Ərdoğan düşmənlərimizə SƏSLƏNDİ: “Çox dəyərli erməni...”
18:18 24 Aprel 2017
127 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün İstanbulda erməni patrixliyində keçirilən dini ayinə mesaj göndərib.

Publika.az
xəbər verir ki, Ərdoğan məktubunda 1915-ci il hadisələrinə toxunub.

“Türkiyə ermənilərinin patrixi hörmətli Aram Ateşyan, çox dəyərli erməni vətəndaşlarım sizləri sevgi və hörmətlə salamlayıram. I Dünya müharibəsinin çətin şərtlərində həyatını itirən Osmanlı ermənilərini bu il də hörmətlə anır, nəvələrinə baş sağlığı diləyirəm”, - deyə məktubda bildirilir.

Ermənilərlə türklərin Osmanlı dövründən etibarən mehriban şəraitdə yaşadığı qeyd olunan məktubda 1915-ci ilə hadisələrində həlak olan türklər də yad edilib.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196290.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR