Azərbaycanda 27 şəhidin məzarı açılacaq - FOTO

Azərbaycanda 27 şəhidin məzarı açılacaq - FOTO
18:27 24 Aprel 2017
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Qarabağ müharibəsi zamanı şəhid olmuş 27 əsgərin məzarı açılacaq.

Beyləqan şəhərində, "Cərcis Peyğəmbər" ziyarətgahında yerləşən naməlum əsgər məzarlarından nümunələr götürüləcək.

Milli.Az femida.az-a istinadən xəbər verir ki, həmin şəhidlər 90-cı illərdə gedən döyüşlərdə şəhid olan və şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olmayan əsgərlərdir. Nümunələr Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının rəhbərliyi ilə götürüləcək. 27 məzardan götürüləcək nümunələrin cavablarına əsasən onların kimin övladı, yaxud qohumu olması müəyyənləşdiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/538305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR