​Şəxsiyyət vəsiqənin fotosunu yüklə

Kanadanın Quebec şəhərindəki “Musee de la Civilisation” muzeyi “Mənim 2 min illik əkizim” adlı sərgi tərtib təşkil etmək üçün maraqlı bir ideyaya əl atıb.

Metbuat.az bildirir ki, muzey dünyanın dörd bir yanında yaşayan insanları antik ekizləri ilə qarşılaşdırır. Bunun üçün muzey proqram tərtib edib. Həmin proqrama öz şəxsiyyət vəsiqəsinin fotosunu yükləyən şəxslər 2 min il öncə yaşamış oxşarını tapa bilir.

Proqramda oxşarını tapan şəxslərin fotoları sonradan muzeydə keçirilən sərgidə gələn ziyarətçilərin nümayişinə çıxarılır.

Sistem bu cür işləyir: Şəxsiyyət vəsiqəsinin fotosunu muzeyin “web” səhifəsinə yükləyin.

Qeyd edək ki, bu vaxta qədər muzeyin saytına 25 min şəkil yüklənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR