İlahə robot müsahibə verə bilmədi

“İlahə robot” –un ilk müsahibəsi uğursuz olub.

Metbuat.az xəbər verir ki, Çinin Elmi-Texnoloji Universiteti amerikalı jurnalistlə robotun müsahibəsini təşkil etməyə çalışsa da, müsahibə alınmayıb.

Müsahibə “Skype” vasitəsilə ingilis dilində olub. Çzya-Çzya Çinin harada yerləşməsi ilə bağlı suala cavab verə bilməyib. O, həmçinin ingilis əlifbasında neçə hərfin olduğunu da cavablandıra bilməyib. Robot demək olar ki, heç bir suala cavab verə bilməyib. Qeyd edək ki, “İlahə robot” 2016-cı ildə satışa çıxarılıb. O, müxtəlif xidmətlərə qoşulmaqla yanaşı, insanlarla ünsiyyət qura və başını tərpədə bilir.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR