Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı: 1 ildir müəllimi ilə...

Məktəbli qızların mesajlaşması cinayətin üstün açdı: 1 ildir müəllimi ilə...
18:52 24 Aprel 2017
450 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə, Denizlidə bir müəllim şagirdini cinsi istismar etdiyi üçün həbs olunub.

41 yaşlı müəllim İ.Ç.-nin 13 yaşlı qız şagirdinə 1 ildir mobil telefonundan seksual məzmunlu fotolar və mesajlar göndərdiyi məlum olub.

Hadisə orta məktəb şagirdi C.D.-nin bir qız sinif yoldaşına müəllimləri İ.Ç. ilə sevgili olduqlarını deməyindən sonra ortaya çıxıb. Şagird sinif yoldaşının söylədiklərini sinif rəhbərinə dedikdən sonra olay polisə bildirilib. Başlanan istintaq çərçivəsində müəllim İ.Ç. nəzarətə alınıb. Müəllim İ.Ç.-nin şagirdi olan qız uşağını 1 ildir istismar etdiyi, mobil telefonundan seksual məzmunlu fotolar və mesajlar göndərdiyi məlum olub. Şagird C.D.-nin də müəlliminə seksual məzmunlu fotolar göndərdiyi öyrənilib. 

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR