"Mənə perspektivi görmək lazımdı" - Roman Qriqoqrçuk

"Mənə perspektivi görmək lazımdı" - Roman Qriqoqrçuk
19:14 24 Aprel 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

“Çempion olmaq üçün bir çox amillərdə üstün olmaq lazım idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuka məxsusdu.

 

Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində öz meydanında “İnter”lə qarşılaşan “qırmızı-qaralar” meydanı 4:3 hesablı qələbə ilə tərk edib. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis qızıl medal qazana bilməməklərinin səbəbini belə izah edib: “Bir çox matçda qalib gəlməli olsaq da, heç-heçə etdik. Təəssüf ki, çox xal itirdik. Bu, səbəblərdən biri idi. Hər bir oyunda onlarla qol imkanları yaratsaq da, bunlardan yararlana bilmədik. Başqa səbəbləri saysam, çox vaxt itirərik”.

 

- Titul üçün son şansınız ölkə kubokudu. Komanda “Qarabağ”dan çempionatın revanşını alıb, kubok qazana biləcəkmi?

 

- Təcrübə göstərir ki, kubok oyunlarının özünəməxsusluğu var. Burda favorit olmur. Bilirik ki, şansımız var. Kuboku qazanmaq üçün mübarizə aparacağıq. Rəqibdən üstün olmağa çalışacağıq. Kuboku qazansaq, “Qəbələ” üçün böyük nəticə olar.

 

- Yəqin istərdiniz ki, hamı sizə qarşı açıq futbol oynasın. 1:0 hesablı qələbə hər halda daha çətin olar, nəinki 4:3 hesablı.

- “Qəbələ” üçün çox önəmli mövsüm keçdi. Avrokuboklarda uğurlu çıxış etdik, çempionatda yaxşı oyunlar göstərdik. Komanda çox yaxşı futbol sərgiləyir. Bizim çox sayda üstün səviyyədə keçirdiyimiz matçlar oldu. Sadəcə, bəzi görüşlərdə qol şanslarını əldən verdik və heç-heçə ilə barışmalı olduq. Bu gün də qələbə qazandıq. Amma çox səhvlərə yol verdik.

 

- Çempionluğu hansı oyunda itirdiniz?

- Konkret hansısa oyunu vurğulamaq doğru olmaz. Çünki çempionat 28 turdan ibarətdi. Biz bütün çempionatı təhlil edirik. Bu günə qədər qalib gəlməli bir çox görüşdə xal itirmişik. Başqa komandalarla da çempion olmuşam. Amma onlarda bu qədər qol imkanı yaratmırdıq. Orda az qol şansı yaradaraq, çempion olmuşuq. Çempionluq üçün həmişə qalib gəlməlisən.

 

- Komandanın bir sıra ilkləri sizinlə bağlıdı. Burdakı taleyiniz kubok matçı ilə bağlıdı?

 

- İnkişaf etmək lazımdı. Mənə perspektivi görmək lazımdı. Bu gün stadionda çox səssizlik gördüm. Azarkeşlərə təşəkkür edirəm. Amma mən həmişə perspektivin tərəfdarıyam. Klub rəhbərliyinin perspektivini, planlarını gördükdən sonra bir qərar verəcəm.

 

- Çempionatda cəmi bir rəqibiniz var idi və gümüş medal qazandınız. Belə olan halda mövsümü uğurlu adlandırmaq nə dərəcədə doğrudu?

 

- Büdcə ilə bağlı məsələlərə qarışmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, əlimizdəki imkanlara görə, çox yaxşı nəticə əldə etdik.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272968

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR