"Cabbarla mənə şər atdılar" - Könül Kərimova

"Cabbarla mənə şər atdılar" - Könül Kərimova
19:32 24 Aprel 2017
339 Şou
Ölkə mətbuatı
A- A+

"Mənim də xəbərim olmadan Cabbar Musayevə elə söz demişdilər ki... Şiddətli bir dava oldu. Mən olmasaydım, çoxdan hər şey dağılmışdı, münasibətimiz pozula bilərdi".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Könül Kərimova deyib.

İfaçı "ATV maqazin onlarla" verilişinə açıqlamasında bildirib ki, 17 illik duet ortağı Cabbar Musayevlə aralarını vurmaq istəyiblər:

"Bir anlıq oturub fikirləşdim ki, ona dost demişəmsə, bədbin insanlara qoymaram qalib gəlsinlər. 17 illik dostluğu çirkin yalana qurban verə bilmərəm. Bizə şər atdılar. Cabbar Musayevə lap çox təsir etmişdilər. Gəlib mənə dedi. Bizim sözümüz bir olduğu üçün ayıra bilmədilər. Heç kim əziyyət çəkməsin. Mənə nə deyilsə, Cabbara söyləyəcəm, ona nə deyilsə, mənə çatdıracaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/538285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR