69 yaşlı qadın əməliyyat vaxtı sosial şəbəkədən çıxmadı

69 yaşlı qadın əməliyyat vaxtı sosial şəbəkədən çıxmadı
19:37 24 Aprel 2017
266 Dünya
Ölkə mətbuatı
A- A+

Çində 69 yaşlı pasiyent həkimlər onu əməliyyat etdiyi müddətdə sosial şəbəkədə yazışıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 18 dəqiqə davam edən əməliyyatda Çinin Şərqindən olan Xançjou vilayətindən olan xəstə həkimlərin onu əməliyyat etməsini videoya çəkib və "WeChat" sosial şəbəkəsində danışıb.

"Mən olduqca sakit idim və ümumiyyətlə əsəbləşmirdim", - deyə o, Çinin "South China Morning Post" nəşrinə bildirib.

Cərrah isə bildirib ki, pasiyentlərə əməliyyat otağına smartfon keçirilməsinə icazə verilmir. Ancaq onu ayaqlarında varikoz damarlarının çıxarılması əməliyyatını keçirən həkim bu dəfə istisna etmək qərarına gəlib. O bildirib ki, xəstə çox narahat idi və əməliyyatın uğurlu alınması üçün onun rahatlaşması lazım idi.

Qeyd edilir ki, smartfon əməliyyatdan öncə sterilizə edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538293.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR