"İslam Həmrəyliyi Oyunları İslamın həqiqi obrazını nümayiş etdirir"

"İslam Həmrəyliyi Oyunları İslamın həqiqi obrazını nümayiş etdirir"
19:42 24 Aprel 2017
92 Ölkə
Ölkə mətbuatı
A- A+

İslam Həmrəyliyi Oyunları İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrində ən böyük idman tədbiridir və təkcə İslam həmrəyliyini yox, həm də İslamın həqiqi obrazını nümayiş etdirir.

Milli.Az bildirir ki, bunu Trend-ə eksklüziv müsahibəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Usaymin deyib.

Onun sözlərinə görə, İƏT-in sülh, inkişaf və həmrəyliyə kömək göstərməsi çox vacibdir: "Ona görə də Azərbaycanda 2017-ci ilin "İslam həmrəyliyi ili" elan olunması çox mühümdür. Bu, İƏT-in vacib üzv ölkəsi olan Azərbaycanın statusunu, dostluq, birlik və müsəlman dünyasında insanların dinc birgəyaşayışı üçün böyük səylərini vurğulayır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/538320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR