Hərbi xərcləri çox olan ölkələrin adları açıqlandı

Hərbiyə ən çox pul xərcləyən 5 ölkənin adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, ABŞ, Çin və Rusiya siyahıda liderlik edir.

Dünya problemləri üzrə Stokholm Beynəlxalq Araşdırmalar İnstitutu bununla yanaşı, bəzi ölkələrin hərbi büdcəsində azalmanın müşahidə olunduğunu bildirib.

İnstitut 1966-cı ildə yaradılıb. Hazırda konfliktlərin araşdırılması, silahlar üzərində nəzarət üzrə əsas analitik mərkəz sayılır.

Yekun nəticələrə görə, 2016-cı ildə dünya üzrə hərbi xərclər 1686 milyard dollar təşkil edib.

Məruzədə Asiya və Okeaniya ölkələrində, Qərbi, Şərqi və Mərkəzi Avropa ölkələrində, Cənubi Afrikada da hərbi xərclərin artdığı göstərilib. İlk belə artım 2010-cu ildə ABŞ-da olub.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR