Əfqanıstanda hərbi baza yaxınlığında partlayış - Ölənlər var

Əfqanıstanda hərbi baza yaxınlığında partlayış - Ölənlər var
21:48 24 Aprel 2017
80 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın Xost şəhərində ABŞ-a məxsus hərbi bazanın yaxınlığında güclü partlayış baş verib.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 4 əfqan hərbçisi ölüb, daha 8-i yaralanıb. Yaralılar arasında 2 dinc sakinin olduğu bildirilir.

Törədilən partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

Xatırladaq ki, aprelin 21-də Əfqanıstanın Balx əyalətində “Taliban” silahlılarının hərbi bazaya hücumu nəticəsində 170 nəfər ölüb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/196314.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR