Bəşər Əsəd qüvvələri İdlibə hücum elədilər:

Suriyada Bəşər Əsəd qüvvələri İdlib vilayətinin Xan Şeyhun şəhərinə hava hücumu ediblər.

Metbuat.az bildirir ki, hücum nəticəsində 1-i uşaq olmaqla, ümumilikdə 6 mülki vətəndaş dünyasını dəyişib. Yaralıların sayı isə 10-dur. Şəhərin müdafiəsini təşkil edən hərbçilərdən Həmid Kutayni məlumatı təsdiqləyib.

Qeyd edək ki, dünən gecə saatlarından bu günə kimi bölgəyə ümumilikdə 18 hava hücumu edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR