Tramp və Merkel arasında telefon danışığı olub

Tramp və Merkel arasında telefon danışığı olub
22:27 24 Aprel 2017
87 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald  və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.

Məlumata əsasən, tərəflər ikitərəfli münasibətlər və aktual beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
 
"Liderlər Suriya və Yəməndə vəziyyət, eləcə də Şimali Koreyadan gələn təhdidləri müzakirə ediblər. Prezident Tramp Almaniya və Fransanın səylərini yüksək qiymətləndirərək Minsk razılaşmaları əsasında Ukraynada nizamlama üzrə danışıqların keçirilməsini dəstəkləyib", məlumatda deyilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/538343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR