Dəri üzərindəki nöqtələrə neyrofizioloji reflekslərlə təsir

Dəri üzərindəki nöqtələrə neyrofizioloji reflekslərlə təsir
22:52 24 Aprel 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Refleksoterapiya orqanizmdə gedən ən mürəkkəb neyrofizioloji reflekslərin köməyi ilə aparılan müalicə formasıdır. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tibbi ədəbiyyatların bəzilərində bədəndə mindən artıq, bəzilərində isə 600 bioloji fəal nöqtə olduğu göstərilir. Həmin nöqtələrin varlığını heç bir tədqiqatçı inkar etməsə də, bioloji nöqtələrin sayı barədə fikir ayrılığı var. Həmin nöqtələr əsasən döş qəfəsi, kürək, aşağı və yuxarı ətraflar və baş nahiyəsində yerləşir. Təkcə qulaq seyvanında isə təxminən 200-ə yaxın fəal nöqtə var.

İlk dəfə refleksoterapiyadan qədim Çində istifadə edilib. Təbii ki, ilk dövrlərdə bu üsul bəsit formada və kor-koranə həyata keçirilib: ağrıyan nahiyənin ətrafına iynə batırıb onu keyləşdirməklə ağrıdan xilas olurdular.

İllər keçdikcə həmin üsul daha da təkmilləşib. Təbiblər uzunmüddətli müşahidələr nəticəsində aşkar ediblər ki, hər hansı bir orqanda baş verən patoloji dəyişiklik dəri üzərində yerləşən nöqtəvi zonalarda da baş verir. Məlum olub ki, mədə-bağırsaq, əsəb sistemi xəstəliklərində tək bir nöqtə yox, bir qrup nöqtə eyni təsirə malikdir. Həmin nöqtələr toplusu son nəticədə dəri üzərində bütün gün ərzində dövr edən enerji keçidləri əmələ gətirir. Meridian üzrə düzülmüş nöqtələr toplusuna təsir göstərməklə bu və ya digər patoloji halları aradan qaldırmaq mümkündür.

Son illər həmin fərziyyə kompüter diaqnostikası vasitəsilə öz təsdiqini tapıb, kompüter sistemi yaranandan sonra orqanizmdə həqiqətən də meridianların olduğu müəyyən edilib. Dəri altına, bioloji aktiv nöqtə zonasına texnisum məhlulu vurulanda sinir, limfa və qan damarları boyu deyil, meridian boyu yayılır. İlk dəfə alman alimləri dəri üzərində bioloji aktiv nöqtələrin olduğunu təsdiq ediblər. Bioloji nöqtələr ətrafında dərinin müqaviməti çox aşağı, keçiriciliyi isə artıq olub. Onların yoxlanılması xüsusi defektorlar vasitəsilə həyata keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/538166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR