Tramp və Merkel arasında telefon danışığı olub -

ABŞ prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Ağ Evin mətbuat xidmətinin bu barədə yaydığı bəyanatda deyilir:

"Liderlər Şimali Koreya məsələsi, o cümlədən Suriya və Yəməndə yaşananlar barədə müzakirə aparıblar. Həmçinin prezident Donald Tramp Minsk danışıqları əsasında Ukraynada vəziyyətin nizamlanması prosesinə Almaniya və Fransanın verdiyi qiyməti yüksək dəyərləndirib".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR