Rəcəb Tayyib Ərdoğan erməni patriarxa məktub ünvanladı:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ermənilərinin patriarxı Aram Ateşyana 1915-ci il hadisələri ilə bağlı məktub ünvanlayıb.

Metbuat.az-ın məlumatına görə, məktubda qeyd olunub:

“Türkiyə ermənilərinin patriarxı hörmətli Aram Ateşyan, sizi sevgi və hörmətlə salamlayıram. I Dünya müharibəsi zamanı çətin şəraitdə həyatını itirən Osmanlı ermənilərini hörmətlə anır, nəvələrinə baş sağlığı diləyirəm".

Rəcəb Tayyib Ərdoğan məktubda 1915-ci il hadisələrində həlak olan türkləri də yad edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR